AZ

Bu saatlarda idman etməyin, yoxsa...

Qaçmağa başlamazdan əvvəl özünüz üçün düzgün hədəf təyin etməlisiniz.

Publika.az xəbər verir ki, bu barədə "Вечерняя Москва" qəzetinə “Moskomsport”un baş məşqçisi Roman Morozov danışıb.

"Məsələn, enerjili olmaq istəyirsinizsə, qaçış üçün ideal vaxt səhərdir. Ancaq fiziki hazırlığınızı yaxşılaşdırmaq lazımdırsa, bədənin oyanmasına icazə vermək lazımdır. Bundan sonra səhər yeməyi yemək, yemək həzm olunana qədər gözləmək və yalnız bundan sonra, günorta saat üçdə qaçmaq məsləhətdir", - ekspert əlavə edib.

Mütəxəssis həmçinin axşamlar məşq etməməyi məsləhət görüb, çünki bu zaman sinir sistemi çox yüklənir. Əgər siz yenicə qaçmağa başlayırsınızsa, intervallı qaçış ritminə sadiq qalmaq daha yaxşıdır.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla