AZ

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Zelenski:

Bakı, 16 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin köməyi olmadan Ukraynanın hərbi əməliyyatları davam etdirmək şansının olmadığını etiraf edib.

AZƏRTAC xəbər verir ki, Volodimir Zelenski bu barədə PBS telekanalına müsahibəsində deyib.

“Mən sizə açıq şəkildə deyə bilərəm ki, Qərbin dəstəyi olmadan Kiyevin qələbə qazanmaq şansı yoxdur”, - deyə Ukrayna Prezidenti bildirib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin potensialı Ukraynanın imkanlarından qat-qat çoxdur.

Volodimir Zelenski bundan əvvəl də etiraf etmişdi ki, ABŞ-ın köməyi olmasa, Ukrayna öz ordusunu silahlandıra bilməyəcək.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla