AZ

Şəbnəm: “Vəfa ilə düşmən deyiləm” – VİDEO 

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) bir müddət əvvəl qalmaqal yaşadığı Vəfa Şərifova ilə münasibətlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

Şəbnəm həmkarı Roza Zərgərli tərəfindən onu Vəfa ilə barışdırması məsələsinə aydınlıq gətirib. Müğənni bildirib ki, qarşı tərəflə düşmən mövqeyində deyil: 

“Sənətinə və şəxsiyyətinə illərdir ki, dəyər verdiyim həmkarım Roza Zərgərli telefonla həm mənə, həm də qarşı tərəfə (qalmaqal yaşadığı müğənni Vəfa Şərifovanı nəzərdə tutur – red.) zəng etdi. Hər ikimiz Rozanı qırmadıq. Əgər mən bir məsələni ürəkdən istəsəm, zamanla qarşı tərəflə onu bərpa edərəm. Amma çox istəyərəm ki, o xanımla aramızda olan münasibətlərə heç bir həmkarımız qarışmasın. Bunu isə həm mən, həm də qarşı tərəf qərar verə bilər. Biz düşmən deyilik. Lakin bizim məsələmizə kimsənin qarışmasını istəmirəm”. 

Qeyd edək ki, Vəfa Şərifova sosial şəbəkə hesabında Şəbnəm Tovuzlunun onun barəsində danışdığı səs yazısını yayaraq bu məsələ ilə bağlı münasibət bildirib.

Vəfa Şəbnəmin onunla mənasız ədavət apardığını söyləyib. Şəbnəm isə bu səsli mesajların köhnə olduğunu vurğulayıb. Bu hadisədən sonra müğənni Roza Zərgərli hər iki məşhura verilişlərin birində zəng edərək, onları barışdırmağa çalışıb. Lakin Vəfa əvvəlcə Şəbnəmlə barışığa gəlsə də, digər verilişdə qonaq olarkən həmkarı ilə barışmadığını vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
Seçilən
151
5
Mənbələr
Şərh ()
Bağla