AZ

“Neftçi” legioneri ilə RAZILIĞA GƏLDİ

Neftçi" klubu legionerlərindən biri ilə müqaviləni artırmağı düşünür. 

Bizim.Media xəbər verir ki, Kilan Lebonla aparılan danışıqlar uğurla nəticələnib. 

2023-cü ilin yanvarında Azərbaycana dəvət olunmuş fransalı legioner növbəti 2 mövsümü də ölkəmizdə keçirəcək. 

Hazırkı sözləşməsi iyunda başa çatacaq 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə şərtləri razılaşdırılıb. Futbolçunun hələ 1,5 illik müqaviləsi qüvvədə olsa da, rəhbərlik legionerə gələn təklifləri nəzərə alaraq  anlaşmanın daha uzunmüddətli olmasını lazım bilib. 

Yeni şərtlərə görə, Sent Martin millisinin üzvünün əməkhaqqısı da artırılıb. Kilan Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Nidelrandın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla