AZ

Bu ölkədə 3 avqust – yezidi kürdlərin soyqırımı günü elan olundu...

Ermənistan parlamenti avqustun 3-nün Sincarda yezidi soyqırımı qurbanlarının anım günü kimi qeyd olunması layihəsini birinci oxunuşda qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes”  nəşri məlumat yayıb.
 
Bəhs edilən layihəni hakim “Mülki razılaşma” fraksiyasının yezidi deputatı Rüstəm Bakoyan təqdim edib. 
 
“Ermənistan Respublikasının bayramları və anım günləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi lehinə 88 səs toplayaraq yekdilliklə qəbul edilib. Layihənin ikinci oxunuşda müzakirəsi aprelin 16-na təyin edilib.
 
“2014-cü il avqustun 3-də İraqın yezidilərin yaşadığı Sincar şəhərinə qondarma “İslam Dövləti” terror qruplaşmasının hücumları həyata keçirilib və burada üç mindən çox insan həlak olub.
 
Aclıq, susuzluq və dözülməz istilər nəticəsində dağlara sığınan minə yaxın insan həlak olub, 200 mindən çox yezidi qaçqın düşüb, 13-56 yaş arası 5000-ə yaxın qadın və qız qaçırılıb. İslamı qəbul etmək və cihadçılarla evlənmək sonuncuların sağ qalması üçün ilkin şərt olub”- xəbərdə belə deyilir.
 
Xatırladaq ki,  bəzi mənbələrə görə, yezidilər özləri belə hesab etməsələr də, milliyyətcə kürd sayılırlar. Kürd dilinin iki ana qrupundan biri olan kurmanc dilində danışırlar.  2001-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Ermənistanda bu ölkənin vətəndaşı olan 40,620 nəfər yezidi kürd və 1,519 nəfər müsəlman kürd yaşayır .
 
 
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla