AZ

"Heç vaxt futbolçularıma icazə vermərəm ki..." - Rəşad Abdullayev

"Neftçi"nin əvəzedicilərdən ibarət komandası son turda "Araz-Naxçıvan"ın müqafiq kollektivini 8:0 hesabı ilə məğlub etdi.

"Ağ-qaralar"ın baş məşqçisi Rəşad Abdullayev "FutbolPress"ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

"Araz-Naxçıvan"la oyuna komanda yaxşı motivasiya olunmuşdu. Futbolçular dərk edirdilər ki, hansı oyuna çıxırlar. Ondan əvvəl "Sumqayıt"a gözlənilmədən məğlub olduq. Bu oyunda 3 xal lazım idi. İlk dəqiqələrdən rəqib bizə çətinlik yaşatsa da, sonradan keyfiyyətli futbol nəticəsində üstünlüyü ələ keçirdik. İkinci hissədə çalışdıq ki, futbolçuları zədədən qoruyaq. Hesab kimisə aldada bilər, amma qarşılaşma heç də asan olmadı".

Baş məşqçi çempionluq mübarizəsinin "Neftçi" və "Qəbələ" arasında sona qədər gedəcəyini bildirdi:

"Sonuncu dövrənin ilk oyunu "Qəbələ" ilə oldu. Çalışdırdıq ki, matçda sərfəli nəticə qazanaq. "Qəbələ" çempionluq yolunda əsas rəqiblərimizdəndir. Görünən odur ki, bu iki komanda arasında sona qədər çempionluq mübarizəsi gedəcək. Futbolçularıma bildirmişdim ki, bu qarşılaşma 6 xallıq yox, mövsümün oyunudur. Elə oldu ki, istədiyimiz alındı, nə lazımdırsa, onu etdik və qələbə bizim oldu. Futbolçularım sona qədər mübarizə apardılar. Bundan sonrakı oyunlarda da qələbə qazanıb çempion olmaq istəyirik".

Mütəxəssis "Qəbələ" ilə yaranan xal fərqinin futbolçularda arxayınlıq yaratmadağını qeyd etdi:

"Qəbələ" ilə aramızdakı xal fərqi böyük deyil. Hər iki komandanın çempionluq şansı var. 4 xal fərqini qorumaq üçün hər tur qələbə lazımdır. Sona yaxınlaşdıqca, hər oyun finala bərabər olacaq. Hər itirilən xal bizim üçün problem yarada bilər. Buna görə də çalışacağıq ki, bizim üçün problem olmasın".

Çalışdırıcı komandanın üzvü Ağadadaş Salyanskiynin "Sumqayıt"la matçda rəqibin baş məşqçisi və futbolçuları ilə yaşadığı insidentdən danışdı:

"Ağadadaşın bunu yaşamasında "Sumqayıt" futbolçularının böyük rolu olub. Onların replikaları, artıq sözləri futbolçunu özündən çıxardı. Heç vaxt futbolçularıma icazə vermərəm ki, rəqibin məşqçilərinə, oyunçularına qarşı hörmətsizlik etsinlər. Bu, bizə yaraşmaz. Belə olan hallarda futbolçuları cəzalandırırıq. Meydançda mübarizə aparmaq lazımdır. Lakin "Sumqayıt" bizimlə matça son oyuna çıxırmış kimi gəlmişdi. Oyun başlamamışdan bu hiss olunurdu. Rəqibin futbolçularının oyunçularıma qarşı yersiz replikaları üzvlərimizdə qıcıq yaratdı. Ağadadaşı illərdi tanıyıram. Sakit biridir. Onların lazımsız hərəkətləri onu özündən çıxardı. Təbii ki, söhbət etdik. Çünki o, "Neftçi"də və milli komandada oynayırsa, hərəkətlərinə fikir verməlidir. Qoymaran ki, futbolçum rəqibə qarşı hörmətsizlik etsin. Ağadadaş səhvini boynuna aldı. Oyunumuza köklənməliyik. O, bu gün daha çox fərqlənirsə, bu, komandanın əməyidir. Ona görə də biz oyunumuzla müzakirə olunmaq istəyirik".

Baş məşqçi komandada ən diqqət etdikləri məqamın nizam-intizam olduğunu açıqladı:

"30 tur ərzində razı qalmadığım məqamlar çox olub. Amma üstün tərəflərimiz də var. Futbolçular arasında mehribanlıq, daim komandanı düşünmələri məni sevindirir. Çalışıblar ən yaxşısını etsinlər. İstək baxımından heç bir problem olmayıb. Nizam-intizamlı komanda yaratmışıq. Futbolçulardan ən əsas tələbim nizam-intizam olub. Müəyyən nüanslar oldu ki, oyun baxımından bizə problemlər yaşatdı. Bu, futboldur. Hər şey ola bilər. Oyunçularda bəzən arxayınlıq olurdu, lakin bildirmişdik ki, bizim səhv etmək şansımız yoxdur. Çünki rəqiblərimizlə xal fərqi azdır. Rahatlaşmaq olmaz. Bu çətinliklər bizim üçün imtahan oldu. Amma sevinirəm ki, bütün səhvlər üzərində işlədik, həll olundu. Bəzən məğlubiyyətdən sonra tez zamanda toparlana bilirdik. Bu da komanda olaraq bizim gücümüzdən xəbər verir".

Məlik Məlikov
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla