AZ

Xalq artistinə AĞIR İTKİ: Oğlu bu şəhərdə dəfn etdi – FOTOLAR

Xalq artisti, tanınmış aktyor Yasin Qarayevə ağır itki üz verib. Aktyorun qardaşı dünyasını dəyişib.

Yenicag.az-a açıqlama verən aktyor qardaşının vəfatından danışıb.

“Qardaşım məndən yaşca kiçik idi. Çox sağlam adam idi, heç bir xəstəliyi də yox idi. Uzun müddət idi ki, Yessentukidə yaşayırdı. Gedib-gəlirdi Azərbaycana. İki il əvvəl gəlmişdi, bacıma deyib, özümü yaxşı hiss etmirəm. Tanış həkimə apardıq, müalicə aldı, qayıtdı. Səhhəti yaxşı idi. İndi bacım deyir ki, sən demə, onun ağ ciyərində problem olubmuş. Söz götürməyən, çox qürurlu insan idi, başqa bir dünyanın insanı idi. Oğlu orada dəfn edib. Burada da yas mərasimləri etdik. Qardaş itkisi çox ağırdır”, – aktyor bildirib.

Cəvahir

Seçilən
69
3
Mənbələr
Şərh ()
Bağla