AZ

Hədəfimizə çatdıq - Tatyana Deniskina

Bakı. Trend:

Düşünürəm ki, komanda öz çıxışı ilə maksimuma nail oldu. Bizimhədəfimiz Olimpiya Oyunlarına lisenziyanı məhz Honkonqda qazanmaqidi.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə Azərbaycanmillisinin oyunçusu Tatyana Deniskina deyib.

Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirinə ehtiyatbasketbolçu kimi yollanan Deniskina Paris-2024-ə lisenziya qazananmillimizin basketbolçusu Heydər Əliyev Beynəlxalq Aeroportundayığmanın qarşılanma mərasimində fikirlərini açıqlayıb:

“Yarışa bunun üçün getmişdik. Başa düşürdük ki, burada lisenziyaqazanmaq digər turnirdəkindən daha asan olacaq. Hədəfimizəçatdıq”.

Basketbolçu qeyd edib ki, komandamız ilk oyunda çətinlikləüzləşsə də, toparlanmağı bacarıb:

“İlk oyunda bir az əsəbilik hiss olunurdu. Bu, bütünkomandalarda belə idi. Bəlkə də digərlərində az hiss olunurdu. Bəzizədələr də var idi. Komanda toparlandı. Məşqçi ilə birlikdə nəticəçıxardılar və ən yüksək nəticəyə imza atdılar”.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla