AZ

“Bəzi qan analizlərim qalıb” – Vadim Vasilyev

İnsult keçirəndən sonra hərəkət qabiliyyətində problem yaranan Vadim Vasilyev bir neçə gün əvvəl müalicəsinin davamı üçün sosial şəbəkədə kart hesabını paylaşaraq yardım istəmişdi.

Görəsən, 51 yaşlı hücumçunun hazırkı durumu nə yerdədi? Artıq müalicəsi başlayıbmı? Vadim Vasilyevin "Football-plus.az"a cavabı:

“Bəli, artıq həkimin yanında olmuşam. Bəzi qan analizlərim qalıb. Onları da sabah həll edəcəm. Daha sonra müalicəni xəstəxana şəraitində davam etdirəcəm".

GÜNAY SÜLEYMANOVA
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla