AZ

Türkiyənin kənd təsərrüfatında istehsalçı inflyasiya artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin mart ayı üçün kənd təsərrüfatı məhsulları istehsalçı qiymət indeksini açıqlayıb. TÜİK-in məlumatlarına görə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi (Kənd təsərrüfatı-ÜFE) mart ayında illik 61,87, aylıq isə 5,57 faiz artıb.

Kənd Təsərrüfatı 2024-cü ilin mart ayında ötən ayla müqaisədə 5,57 faiz, 2023-cü ilin dekabr ayı ilə müqaisədə 17,51 faiz artım müşahidə olunub. Ötən ilin mart ayı ilə müqaisədə 61,87 faiz, on iki aylıq proqnozlara görə isə 59,98 faiz artım qeydə alınıb.

Aqrar sektorda feral ayı ilə müqayisədə kənd təsərrüfatı və ovçuluq məhsulları və əlaqədar xidmətlərdə 5,84 faiz, meşə təsərrüfatı məhsulları və oxşar xidmətlərdə, balıq və balıqçılıq məhsullarında 3,52 faiz artım, dəniz məhsulları və balıqçılıq üçün köməkçi xidmətlərində 1,18 faiz azalma qeydə alınıb.

Əvvəlki ayla müqayisədə illik az ömürlü bitki mənşəli məhsullarda 3,27 faiz, çoxillik (uzunömürlü) bitki mənşəli məhsullarda 7,60 faiz, diri heyvanlarda və heyvandarlıq məhsullarında isə 7,12 faiz artım qeydə alınıb.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla