AZ

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib. 


Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Dollar İndeksi bu gün bir qədər də yüksələrək 106 səviyyəsini keçib. Hazırda indeks 106,13-dür. 


Xatırladaq ki, ilin əvvəlində indeks 101 səviyyəsində idi. Müqayisə göstərir ki, ötən müddətdə indeks 5,1 bənd və ya 5 faiz yüksəlib.


Son aylarda dolların bahalaşmasına təsir edən səbəblər çoxdur. ABŞ mərkəzi bankının (FED) faiz endirimini təxirə salması, Avropa Mərkəzi Bankının faiz endiriminə hazırlaşması, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və s. amillər dolları bahalaşdırır. 


Dolların bahalaşması avro/dollar kursundakı dəyişikliyə də səbəb olub. İlin əvvəlində bir avro 1,1 dollar olduğu halda hazırda 1,06 dollara düşüb.


Vasif

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla