AZ

“Microsoft” BƏƏ-nin süni intellekt tərtibatçısına $1.5 mlrd. sərmayə qoyur

“Microsoft” BƏƏ-nin süni intellekt (AI) tərtibatçısı “G42” ilə genişləndirilmiş strateji tərəfdaşlığı elan edib. Amerika korporasiyası öz tərəfdaşına 1.5 milyard dollar sərmayə qoyacaq. Eyni zamanda, “Microsoft”un prezidenti Bred Smit “G42″nin direktorlar şurasına daxil olacaq.

Tərəfdaşlığın bir hissəsi olaraq, “G42” “Microsoft Azure” bulud hesablama platformasında süni intellektlə işləyən proqram və xidmətlərini idarə edə biləcək. Dünyanın hər yerindən iri müəssisələr və dövlət sektorunun nümayəndələri bu xidmətlərin müştərisi olmalıdırlar.

Bundan əlavə, “Microsoft” və “G42” birgə BƏƏ və regionun digər ölkələrindən süni intellektin inkişafı sahəsində çalışan tərtibatçıları dəstəkləmək üçün fond yaratmaq niyyətindədirlər. Fondun həcmi 1 milyard dollar olmalıdır.

Amerika korporasiyası həmçinin Fransanın “Mistral” şirkətinə sərmayə qoyub və həmçinin Yaponiyada bulud infrastrukturunun və süni intellektin inkişafına 2.9 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla