AZ

Autizmli uşaqlara yaradılmalı olan SOSİAL MÜHİT: Psixoloq AÇIQLADI

“Autizmli uşaqların başqaları ilə ünsiyyət qura bilməsi, sosiallaşması üçün mühit yaratmaq çox vacib addımdır”.

Bu fikirlər Yenicag.az-a açıqlamasında autizmli uşaqlara xüsusi qayğının göstərilməsi və valideynlərin diqqət etməsi lazım olan məqamlar haqda danışan psixoloq Ezgi Şahin deyib.

Onun sözlərinə görə, autizmli uşaqlara xüsusi diqqət və qayğı göstərilməlidir.

“Autizmli uşaqlara şiddət, yaxud basqı göstərmək olmaz. Çünki onlar mənfi davranışları götürmə qabiliyyətinə daha çox malikdirlər. Onlar üçün sosiallaşa biləcəyi ortam yaradılmalıdır. Autizmli uşaqların başqaları ilə ünsiyyət qura bilməsi, sosiallaşması üçün mühit yaratmaq çox vacib addımdır. Bu cür uşaqların üzərində çalışan mütəxəssislər də onların inkişaf edə bilməsi üçün bunu müəyyən proqram əsasında həyata keçirməli, həmin uşaqlarda hansı əskikliklər varsa, onu aradan götürməyə çalışmalıdır”, – deyə o vurğulayıb.

Psixoloq qeyd edir ki, valideynlər autizmli övladlarının inkişafı üçün çoxsaylı addımlar atmalıdırlar.

“Bəzi valideynlər öz uşaqlarının autizmli olmasından, çöldə fərqli davranışlar sərgiləməsindən çəkinərək, onları oyun zallarına, ictimai nəqliyyata və digər məkanlara aparmaq istəmirlər. Lakin istər valideyn, istərsə də mütəxəssislər tərəfindən onlara ictimai məkanlarda necə davranmalı olduğunu sıfırdan öyrədilməldir. Belə olan halda autizmli uşaqlar özlərini cəmiyyətə daha çox adaptasiya olmağa başlayacaq. Mütəmadi olaraq düzgün davranış qaydaları həmin uşaqlara aşılandıqda artıq ictimai məkanlarda düzgün davranışlar sərgiləməyə nail oluna bilir”, – mütəxəssis bildirib.

Ezgi Şahin autizmin xarakteri barədə danışıb və əlavə edib ki, autizm xəstəlik deyil, fərqlilikdir.

“Bəzən görürük ki, insanlar tərəfindən belə fərdlərə qarşı xəstə insan kimi yanaşılır. Autizmli uşaqlara, yaxud böyüklərə xəstə insan kimi yanaşılması da düzgün deyil. Ona görə də övladlarımızda buna dair hər hansı əlamətlər hiss etdikdə vaxtında addımlar atmaq, onlar üçün psixoloji yardım almaq daha məqsədəuyğun olar”, – deyə o yekunlaşdırıb.

İsmayıl Bakuvi

Seçilən
53
7
Mənbələr
Şərh ()
Bağla