AZ

İranın "erməni səbri" tükəndi

Bakı. Trend:

Aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi EntoniBlinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen vəErmənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdəmüzakirə edilən məsələlər, bu görüşdən sonra Cənubi Qafqazda başverən proseslər İranı da ciddi narahat edir.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn isə bir neçə günöncə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsindəVaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlıəməkdaşlığın müzakirə edildiyini, hərbi müşavirlərin, eyni zamandazirehli təcili tibbi yardım maşınlarının göndərilməsi üzərində işaparıldığını deyib.

ABŞ, Avropa İttifaqı və xüsusilə də Fransanın Ermənistandanvasitə qismində istifadə edərək Cənubi Qafqazda möhkəmlənməyəçalışması təbii ki, bölgə dövlətlərini narahat etməyə bilməz.

Qərbin regiona təsir imkanlarını maksimum dərəcədə artırmaqməqsədilə İrəvandan faydalanmağa çalışması, Ermənistanı sürətləsilahlanırmaq niyyətini hələlik üstüörtülü şəkildə açıqlaması dafaktdır.

Azərbaycan, Türkiyə və Rusiya yaşanan proseslərlə bağlımövqelərini bəyan ediblər.

Azərbaycan ABŞ, Fransa və Avropa İttifaqını xəbərdar edib ki,Qərbin bölgədə yeni məhdudlaşdırıcı xətlər formalaşdırmaq niyyətiçox təhlükəli fəsadlara səbəb ola bilər.

Rusiya Federasiyası Qərbin niyyətini Ermənistanı bölgədə özplasdarmına və forpostuna çevirmək strategiyası kimi dəyərləndirib.Türkiyə isə hesab edir ki, regioonal olmayaq qüvvələrin bölgədəkiproseslərə kobud müdaxiləsi yolverilməzdir.

Fəqət, 2020-ci ildən, İkinci Qarabağ Müharibəsindən sonra CənubiQafqazı "həyati önəmli strateji və geosiysi maraqlar məkanı" elanedən, Ermənistana dəstək verən və İrəvan vasitəsilə Qərbə çıxışəlde etməyi planlaşdıran İran susmuşdu.

Ermənistandan istifadə etməklə hansısa qüvvənin Cənubi Qafqazdamöhkəmlənməyə çalışağına qarşı çıxdığını həmişə bəyan edən Tehran"nədənsə" Brüssel görüşündən sonra susmuş, heç bir rəsmi mövqebildirməmişdi.

Lakin Qərblə Ermənistan arasındakı aktivliyin ifrat dərəcədəartması İranın da səbrini tükədib.

İranın ali dini lideri ayətulla Əli Xamneyinin beynəlxalqəlaqələr üzrə baş müşaviri, ölkənin sabiq xarici işlər naziri ƏliƏkbər Vilayəti "Əl Mayaden" panərəb telekanalının saytında "ABŞ vəNATO-nun Cənubi Qafqazdakı qəsdi barədə" ("Into the US-NATO plotfor South Caucasus") adlı geniş məqalə dərc etdirib.

O, yazısında Qərbin Cənubi Qafqazla bağlı planlarını kəskintənqid edib və faktiki olaraq rəsmi Tehranın Brüssel görüşü, habeləABŞ-Fransa-Avropa İttifaqı triosunun regionumuzla bağlı planlarıbarədə mövqeyini açıqlayıb.

"Avropa İttifaqı və ABŞ, yəni NATO bu yaxınlarda Brüsseldə biraraya gələrək Cənubi Qafqazdakı proseslərə qanunsuz müdaxilə iləbağlı yeni plan qəbul ediblər", - Vilayəti bəyan edib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı açıq bəyan ediblərki, həssas bölgəyə müdaxilə etmək istəyirlər.

Qərb bu niyyətini Cənubi Qafqaz bölgəsində AzərbaycanlaErmənistan arasınla sülh sazişinin imzalanmasına can atması iləəlaqələndirib. Əslində isə Qərbin məramı bölgə ölkələrinintəhlükəsizliyinə və müstəqilliyinə zərbələor vurmaqla regiondahərbi mövcudluğunu gücləndirməkdir.

"Qərbin Cənubi Qafqaz regionu ilə bağlı yeni planı ABŞ-ın vəvasitəçilik etdiklərini vurğulayan bəzi ölkələrin təşəbbüslərinəəsaslanır" yazan Ə.Ə.Vilayətinin "bəzi ölkələr" dedikdə məhzTürkiyəni nəzərdə tutduğu şübhə doğurmur.

"Qeyd etmək gərəkdir ki, təqribən iki il əvvəl bu istiqamətdəbaşqa ad və fasad altında müəyyən tədirlər keçirilirdi. Həminfəaliyyət çərçivəsində Qərb bölgə ölkələri arasında enerji nəqliməqsədilə kommunikasiyaların işə salınmasına çalışırdı. İlkbaxışdan bu, gözəl görünə bilər. Amma əsl məqsəd bölgə daxilindəgərginlik yaratmaq idi", - Vilayəti bildirib.

O, hesab edir ki, həmin "zərərli plan"ın həyata keçirilməsi"bölgə xalqlarının strateji mühüm maraqlarına zərbə" olacaq:"Bundan başqa, bölgədə tarixi sərhədlər çökəcək, yeniməhdudlaşdırıcı xətlər yaranacaq və bu da Qərb ölkələrinin əlindəfürsət olacaq. Başda Amerika olmaqla Qərb ölkələri bölgədə alovukörükləyir, qonşular arasında yeni münaqişələr yaradırlar. Dahasonra Qərb həmin qarşıdurmalardan və ziddiyyətlərdən istifadəedərək güya münaqişələri tənzimləyən vasitəçi qismində CənubiQafqazda möhkəmlənəcək".

Əli Əkbər Vilayəti hesab edir ki, NATO-un lider və rəhbərqüvvəsi olaraq ABŞ həmişə Cənubi Qafqazda, Rusiyanın cənub vəİranın şimal sərhədlərinin yaxınlığında hərbi-siyasi mövcudluğanail olmağa çalışıb: "Bu məqsədlə Qərb səbəb kimi həmişə Xəzər vəMərkəzi Asiya regionlarının enerji ehtiyatlarından istifadəedib".

"İran belə prinsipə qarşı qətiyyətlə çıxış etdi, NATO-nunplanları baş tutmadı. Əvvəlcə bölgənin bəzi ölkələri bu planıdəstəkləsə də, İran qarşı çıxdı, mövqeyini ardıcıl və müdrikşəkildə bəyan etdi", - Vilayəti bildirib.

Onun fikrincə, Qərbin Cənubi Qafqazla bağlı planları NATO-nunşərqə doğru genişlənməsi ilə bağlı daha böyük planın tərkibhissəsidir.

İranın ali dini liderinin baş müşaviri hesab edir ki, "Qərbinbirqütblü dünya qurmaq cəhdləri uğursuzluğa düçar oldu: "2022-ciildə Çinlə Rusiya arasında praktiki olaraq yeni alyans formalaşdı.Qərbə müxalif mövqedə duran, inkişaf etməkdə olan lkələr ŞanxayƏməkdaşlıq Təşkilatı və BRİKS kimi formatlarda birləşdilər".

Daha sonra Əli Əkbər Vilayəti Cənubi Qafqazdakı "sərhəddəyişiklikləri"ndən bəhs edib: "Bu səbəbdən ABŞ-ın yüksək rütbəlinümayəndələrindən biri bəyan edib ki, Qərb Hörmüz boğazındakı vəBaltik dənizindəki strateji inhisarı öjz gələcək enerji təminatıplanlarına görə dağıtmalıdır. Bunu isə yalnız Cənubi Qafqazvasitəsilə etmək olar".

Vilayəti qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin hələUkraynada hərbi əməliyyatlar başlanmazdan əvvəl demişdi ki, "CənubiQafqazdakı sərhədlər sabiq SSRİ-nin sərhədləridir": "Ukraynadakıhərbi əməliyyatlar nəticəsində Rusiyanın Cənubi Qafqazdakımövqeləri zəifləməyə başladı. İş o yerə çatdı ki, Türkiyəninarzuladığı Zəngəzur dəhlizinin zorla açılmasına bölgədə etiraz edənyeganə dövlət İran oldu".

Əli Əkbər Vilayətinin sözlərinə görə, bir çox analitiklərinfikrincə,, Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsiNATO-nun İranın qonşusuna çevrilməsinə səbəb olacaq: "Amma bizqətiyyətli mövqe tutmuşuq və istənilən belə qüvvəyə müqavimətgöstərməyə hazırıq. İran hələ də hesab edir ki, "3+3" formatıCənubi Qafqazın problemlərinin həlli yoludur. İranın regiondakı ikiölkənin - Azərbaycan və Ermənistanın - xalqları ilə tariximünasibətləri var. Bu ölkələrin müstəqilliyinin və ərazibütövlüyünün qorunması bizim üçün həddən ziyadə önəmlidir".

Sonda Ə.Ə.Vilayəti Qərbə xəbərdarlıq edib: "Biz açıq və konkretşəkildə xəbərdarlıq etdik ki, İran heç bir ölkəyə, təşkilata və yaittifaqa imkan verməyəcək ki, təhlükəsizliyinə qəsd etsin. CənubiQafqaz İranın təhlükəsizlik zonasının önəmli hissəsidir və biz bubölgənin ölkələrinin müstəqilliy ilə ərazi bütövllüyünü daimmüdafiə edəəcyik. ABŞ, Avropa İttifaşı və NATO bu yaxınlardaBrüsseldə qəbul etdiklərti qərarı dəyişməyəcək, həmin qərarıistənilən yolla həyata keçirməyə çalışacaqlar".

… İranın ali dini rəhbərinin baş müşaviri geniş məqaləsində birsıra məsələlərə toxunsa da, leytmotiv aşkardır: rəsmi Tehran CənubiQafqazda etibarlı tərəfdaş və strateji qonşu qismində AzərbaycanlaTürkiyəni görür. Ermənistanın ərazi bütövlüyü, sərhədləri və s. iləbağlı aberrasiyalar isə Qərbin ermənilərdən yararlanaraq İranınşimal sərhədləri boyunca müxtəlif adlar altında — məsələn, Avropaİttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyası (EUMA)kimi — uzunmüddətli və dayanıqlı hərbi kontingentformalaşdırmasına, bölgənin Qərblə Rusiya arasında yeni qarşıdurmaməkanına çenvrilməsinə imkan verməməyə çalışan Tehranın istifadəetdiyi diplomatik metodologiyanın bir şissəsidir.

Artıq aydındır ki, Cənubi Qafqazda ABŞ-Avropa İttifaqı-Fransatriosunun aktivləşməsi İranın səbrini tükədir.

Tehran bundan sonra nə edəcək sualı isə təbii, hələ açıqqalır.

Seçilən
55
5
Mənbələr
Şərh ()
Bağla