AZ

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.

 

Sfera.az bildirir ki, o, futbolçuları arasında penalti vurmaq hüququ uğrunda mübarizəni açıqlayıb:

 

“Bu, utancvericidir. Futbolçulara dedim ki, bu cür davranışı sonuncu dəfə qəbul edirəm. Mən zarafat etmirəm. Penalti Koul Palmerə aid idi”.

 

Xatırladaq ki, 62-ci dəqiqədə London klubu penalti yerinə yetirmək hüququ əldə edib. Nikolas Cekson və Noni Madueke Koul Palmerin penaltini yerinə yetirmək istəməsindən narazı idilər. Cekson topu Palmerdən almaq istəsə də, ingilis onu itələyib.

 

Fatimə Lətif

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla