AZ

"İslam dünyasının nicatı fişəng kimi sadəcə parıltı verən raketlərdə deyil" - Əli Orucov

"Iranın İsrailə raket və dron hücumunu daha çox rəsmi Tehranın öz daxili imicini qorumaq, promlemləri arxa plana salmaq, hakim elitanın laxlayan mövqelərini bərpa etmək cəhdi kimi də qiymətləndirmək olar. İsrail bu hücuma hazır olduğundan itki vermədən beynəlxalq dəstəyini artırdı".
 
Bunu AMİP Liderinin köməkçisi Əli Orucov İranın İsrailə məlum raket hücumunu Moderator.az-a şərh edərkən deyib. 
 
Əli Orucovun fikrincə, İran çoxdandır ki, İsalm dünyüasının liderliyinə iddia edir və bu istiqamətdə xüsusən də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanla rəqabət aparır: "Lakin Tehranın fəaliyyəti islam coğrafiyasının parçalanmasına, məzhəb düşmənçiliyinın daha da dərinləşməsinə rəvac verməkdədir. İranın din və dövlət xadimləri adətləri üzrə islam dini deyəndə ancaq şiəliyi qabardıblar. Şiəliyin ixracı nəticə etibarı ilə ciddi fəsadlarını verməkdə, parçalanmış vəziyyətdə olan və ağır böhran keçirən çağdaş İslam dünyasının birliyinə, təmərküzləşməsinə ciddi mane olur. İsrailə və Qərbə də məhz bu cür təsirlər lazım olduğundan İranın “xidmət”lərindən həmişə yararlanıb. Təsadüfi deyil ki, əksər analitiklər İranın İsrailə raket hücumlarını ssenariləşdirilmiş tamaşa adlandırdılar. Əgər doğrudan da İran acılar çəkən və işğala məruz qalan fələstinlilər üçün can yandırırsa daha təsirli vasitələrə və üsullara əla ata bilərdi. Misal üçün Cənubi Afrika Respublikasının atdığı addımları, göstərdiyi fəaliyyəti İranın uğursuz raket hücumlarından və boş mənasız təbliğatından daha effektli hesab edirəm. Düşüncəmə görə, İsalm dünyasının nicatı havada qalan bəyanatlarda, işıq telinə ilişən dronda, fişəng kimi sadəcə parıltı verən raketlərdə və sairələrdə deyil, Hittin döyüşündə və Səlahəddin Əyyubi kimi sərkərdədədir.”
  
“İranın İsrailə dron və raket hücumları bəzi həqiqətləri bir daha açıb göstərdi. Qərbin ikili standartları, fərqli sivlizasiyalara sərgilədiyi münasibət və yürütdüyü siyasətin əsil mahiyyətinin nədən ibarət olması çılpaqlığı ilə ortada oldu. Ukraynanın xarabalığa çevrilməsində və xalqının ən ağır faciələrə səbəbkar olmasında rol alan ABŞ başda olmaqla onun müttəfiqləri lazımı yardım və dəstəyi aylarla gecikdirdikləri halda İsrailin müdafiəsini bir anda qurdu. Yaxud BMT Nizamnaməsini 51-ci və digər  maddələrini, həmçinin 4 qətnaməsini əsas tutaraq ərazi bütövlüyünü  və suverenliyini bərpa edən Azərbaycana qarşı qeyri-adekvat  davranır. Azərbaycan haqsız tənqidlərə, iradlara və təzyiqlərə məruz qalır”, - deyən AMİP liderinin köməsçisi onu da vurğuladı ki, Azərbaycan da İran aqressiyasının və məkrli planlarının hədəfində olmasına baxmayaraq, belə dəstək Azərbaycana verilmir. Bilərəkdən Qərbdən uzaqlaşdırılır və təhlükəli rejimlərin əhatəsində tədric vəziyyətinə salınır.
Seçilən
183
50
Mənbələr
Şərh ()
Bağla