AZ

Qonşu ölkədən Rusiyaya tələb: “Ata-baba torpağımızdır, qaytar”

Yaponiya Rusiyanı Kuril adalarını işğal etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatında deyilir.

Sənəddə bildirilir ki, şimal əraziləri (Kuril) Yaponiyanın suverenlik hüququna malik olduğu adalardır və bunlar yaponların ata-baba əraziləridir, amma hazırda Rusiya tərəfindən işğal olunub.

Eyni zamanda nazirlik qeyd edib ki, Tokio hələ də Moskva ilə sülh müqaviləsi imzalamağa və şimal əraziləri ilə bağlı problemləri həll etməyə meyllidir. Hesabatda vurğulanır ki, Yaponiya tərəfi üçün prioritet məsələ Kuril adalarının cənub hissəsi ilə humanitar mübadilənin bərpasıdır. Xüsusən də Yaponiya xalqının bu ərazidəki ata-babalarının məzarlarını ziyarət etməsi vacibdir.

Həmin sənəddə Yaponiya tərəfi Rusiyanın neft-qaz hasilatı layihələrində öz payını saxlamaq istəyini ifadə edib. Tokio bunu özünün enerji təhlükəsizliyi üçün vacib sayır. Bununla belə, hesabatda Tokionun neft və kömür də daxil olmaqla Rusiyanın enerji resurslarından tədricən ayrılması istiqamətində yolu davam etdirəcəyi də bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
80
Mənbələr
Şərh ()
Bağla