AZ

“Bu, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırtmaq cəhdidir”- ŞƏRH

“Ermənistan müstəqil ölkə olmadığına görə orada siyasi qərarların qəbul edilməsində daha çox xarici güc faktorları təsir roluna malikdir. Ermənistanın son günlərdə Naxçıvan və Zəngəzur istiqamətində atəşkəsi pozması Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında keçirilən üçlü görüşdən sonra baş tutub. Bu məqama xüsusi diqqət yetirmək lazımdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın sülhdən yayınmağı, müqaviləni imzalamağı gecikdirməsi, digər bu qəbildən olan proseslər Azərbaycanla Ermənistan arasında sülh imkanlarını məhdudlaşdırdığı, iki ölkə arasında gərginliyin artması riskini daşıdığı kimi həm də Ermənistanın təxribatlarının da davamlılığına şərait yaradır:

“Yəni, Azərbaycanla Ermənistan arasında problemlərin bir çox mərhələdə həll olunmamasının ən böyük səbəbkarı Ermənistandır. Azərbaycanın bu proseslərdə dəqiq mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sülh müqaviləsi imzalansın. Ancaq görünən odur ki, rəsmi İrəvan müxtəlif bəhanələrlə sülhdən yayınır, Azərbaycana qarşı provakasiya və təxribatlarını davam etdirir. Əlbəttə ki, ortada real sülhlə bağlı ciddi addımlar olmadığına görə də son dövrlər şərti sərhəddə vəziyyət gərginləşir və məqsədyönlü şəkildə Naxçıvan və Zəngəzur istiqamətində Ermənistanın təxribatlarının şahidi oluruq. Bu, həm də Ermənistanın Zəngəzur dəhlizi və Naxçıvanın Kərki kəndi ilə bağlı üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək istəməməsinin göstəricilərindən biridir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla