AZ

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu il reytinq cədvəlində Azərbaycan 70.8 balla 13-cü pillədə qərarlaşıb.

 

Bu qlobal indeks kibertəhlükəsizlik sahəsində ölkələrin hazırlığını real vaxt rejimində ölçür. Bu dəfə qiymətləndirmədə cəmi 42 ölkə əhatə olunub.

 

İlk 3 yerin sahibi Çex Respublikası (98.33), Polşa (92.50) və Avstraliyadır (87.50). Sonuncu yerin sahibi isə 10 indekslə İraq olub.

 

Qeyd edək ki, bu bal indiyədək Azərbaycanın bu reytinqdə qazandığı ən yüksək nəticədir.

 

Ümumilikdə, Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksində 13-cü, Qlobal Kibertəhlükəsizlik İndeksində 40-cı, İKT İnkişaf İndeksində 83-cü, Şəbəkəyə Hazırlıq İndeksində isə 75-ci yerdədir. 

 

Firuzə Əliyeva
 

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla