AZ

Belçika millisində ciddi itki

Belçika millisi AVRO-2024-dən əvvəl itki ilə üzləşib.

Msport.az xəbər verir ki, “Anderlext” klubunun futbolçusu Torqan Azar ciddi zədə alıb.

Təcrübəli oyunçunun sağ dizinin ön çarpaz bağı qopub. O, 8 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, oyunçu Avro-2024-də iştirak edə bilməyəcək.

Qeyd edək ki, Torqan Azar bu mövsüm “Anderlext”in heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla