AZ

Çörək, makaron və kartofla bağlı bildiyiniz hər şeyi unudun! -Kökəltmir...

Çörək, makaron və kartof kimi karbohidratlı qidaların piylənməyə səbəb olduğu fikri çox geniş yayılıb. Əslində isə bu həqiqətə uyğun deyil.

Medicina.az xəbər verir ki, rusiyalı həkim Yekaterina Volkova bu qidaların zərərli olmadığını, problemin onlardan yanlış istifadə etməkdən qaynaqlandığını bildirib.

O, arıqlamaq istəyənlərə adətən qadağan edilən makaronun tam taxıldan hazırlandıqda faydalı olduğunu diqqətə çatdırıb.

"Makaron orqanizmi uzunmüddətli enerji verən yavaş karbohidratlarla təmin edir. Bu cür makaronda lif də var", - həkim bildirib.

Ancaq o qeyd edib ki, kökəlməmək üçün makaronu doğru porsiyada istehlak etmək əhəmiyyətlidir. 70 qram makaron pəhrizdə olan biri üçün kifayətdir, maksimum miqdar isə 100 qram ola bilər.

Həkim pəhrizdə olarkən belə kartof yeyilə biləcəyini deyib. Onun sözlərinə görə, 70-80 qram qaynadılmış və ya sobada bişmiş təzə kartof yaşıl yarpaqlı tərəvəzlərlə birgə yeyildikdə tox saxlayacaq.

Çörəyə gəlincə, Volkova tam taxıl çörəyi seçməyi tövsiyə edib.

"Çörək vitaminlər, fermentlər, mikro və makro elementlər, liflə zəngindir. Onu tamamilə qadağan etmək yox, doğru növünü seçmək və az miqdarda yemək önəmlidir".

Həkim kalorisi çox olduğu üçün diet saxlayanların adətən uzaq durduğu pendiri isə xüsusilə tövsiyə edib:

"Ağartı məhsullarının tərkibində kalsium, fosfor, sink, A, B1, B2, B12, C, D, E, PP vitaminləri və amin turşuları var. Onları qadağan etmək olmaz. Pendir yemək həm də tox saxlayır və şirniyyat istəyini azaldır".

O, optiimal pendir istehlakı miqdarının 30 qram olduğunu vurğulayıb. Həkim xüsusilə sərt pendir növlərindən birini seçməyi məsləhət görüb.


Aysel
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla