AZ

DSMF-dən pensiyaların gecikməsi iddialarına CAVAB: “Bu ayın pensiyaları…”

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərdən bəziləri sosial şəbəkədə yazıb ki, aprel ayının pensiyası nədənsə gecikir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili isə dedi ki, hər hansı gecikmə yoxdur.

“Hər ayın pensiyaları qrafika uyğun olaraq həyata keçirilir. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ay bitmədən ödənişləri həyata keçirilir, heç bir gecikmədən söz gedə bilməz. Bu ayın pensiyalarının verilməsi 16-sı tarixindədir, ona görə heç bir gecikmə yoxdur”, – deyə qurum rəsmisi bildirdi. (Redaktor.az)

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla