AZ

İsrail 30-dan çox ölkədən İrana qarşı sanksiyalar tətbiq etməyi xahiş edib

İsrail Xarici İşlər Nazirliyi 32 ölkəyə müraciət edərək, İranın raket proqramına qarşı sanksiyalar tətbiq etmək və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək istəyib.

Xarici işlər naziri İsrael Kats bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

“Raket və PUA buraxılışlarına hərbi reaksiya ilə paralel olaraq, mən İrana qarşı diplomatik hücum həyata keçirirəm. Bu səhər mən 32 ölkəyə məktublar göndərdim və dünyanın onlarla xarici işlər nazirləri və aparıcı simaları ilə danışdım və İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İranı cilovlamaq və zəiflətmək üçün SEPAH-ı terror təşkilatı kimi təyin etməyə çağırdım",-deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, İran “çox gec olmadan” dayandırılmalıdır.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla