AZ

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

İsrail

Bakı, 16 aprel, AZƏRTAC

İsrailin xarici işlər naziri İsrael Kats 32 ölkədən olan həmkarlarına məktub göndərərək, yəhudi dövlətinə hücuma görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, İsrael Kats bu barədə özünün sosial media hesabında yazıb.

“Raket və PUA hücumuna hərbi cavabla yanaşı, mən İrana diplomatik hücumlar edirəm. Bu səhər 32 ölkəyə məktub göndərdim. İranı dayandırmaq və zəiflətmək üçün onları Tehranın raket proqramına qarşı sanksiyalara və İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməyə çağırdım”, - deyə israilli diplomat bildirib. Onun sözlərinə görə, nə qədər gec deyil, İranı dayandırmaq lazımdır.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla