AZ

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb


Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanında nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilir ki, imtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.
Qeyd olunub ki, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
“İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23-25 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər”, - məlumatda qeyd olunur.
Seçilən
52
12
Mənbələr
Şərh ()
Bağla