AZ

"Şəfa" "Kür-Araz"a, "Ağdaş" "Cəbrayıl"a qarşı - YENİLƏNİR

Dünən 2-ci liqada 21-ci tura start verildi.

İlk oyun günündə dörd qarşılaşma keçirildi. Autsayder “Şəmkir” səfərdə “Şahdağ Qusar”səddini keçə bilmədi. Lider “Baku Sportinq” isə sonuncu pillədə qərarlaşan “Kürmük Qax”ı darmadağın etdi. Mövsümün ikinci yarısına yaxşı başlayan “Füzuli” Elvin Nəsibovn poker etdiyi görüşdə “Lerik”in qapısından 5 cavabsız top keçirdi. Mövsümün ikinci yarısında heç bir qələbə qazana bilməyən “Göygöl” bu dəfə də meydandan məğlub ayrıldı.
Bu gün turun növbəti iki oyunu keçiriləcək. “Kür-Araz” səfərdə “Şəfa”nı, “Cəbrayıl” isə “Ağdaş”ı sınağa çəkəcək. Tura cümə axşamı keçiriləcək “Dinamo” – “Qusar” matçıyla yekun vurulacaq.

15 aprel
Şahdağ Qusar – Şəmkir 3:1

Famil Camalov, 33; 49. Tural Qurbatov, 35 – Məzahir Əhmədov, 61.

Baku Sportinq – Kürmük Qax 5:1
Hakan Həsənov, 16. Elgün Abbaslı, 34; 78. Elməddin Hüseynzadə, 45. Röyal Nəcəfov, 57 – Revazi Otaraşvili, 44.

Lerik – Füzuli 0:5
Elvin Nəsibov, 19; 45+1; 85; 86. Ceyhun Cavadov, 90+2.

Sheki City – Göygöl 2:0
Tural Məmmədzadə, 25. Ramin İsmayılov, 63.

16 aprel
Şəfa – Kür-Araz
Binə. Qəsəbə stadionu. Saat 16.00.

Ağdaş – Cəbrayıl
Ağdaş. Şəhər stadionu. Saat 16.30.

Xal durumu: Baku Sportinq – 49, Füzuli – 46, Şahdağ Qusar – 44, Cəbrayıl – 43, Qusar – 38, Sheki City – 35, Kür-Araz, Göygöl – 29, Dinamo – 24, Ağdaş – 20, Lerik – 16, Şəfa, Şəmkir – 13, Kürmük Qax – 11.
Bombardirlər: Tural Qurbatov (Şahdağ Qusar) – 24, Elvin Nəsibov (Cəbrayıl/Füzuli) – 21.

KAMAL SƏFƏR

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla