AZ

Belçikalı üçün mövsüm bitdi - AVRO-2024-ü buraxacaq

Belçika milli komandasının və "Anderlext"in futbolçusu Torqan Azar zədələnib.

Futbolpress.az xəbər verir ki, o, "Yunion"la matçın 37-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

Müayinə zamanı məlum olub ki, futbolçunun sağ dizinin ön çarpaz bağı qopub.

Yarımmüdafiəçi təxminən 8 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə onun Avropa çempionatının final mərhələsində iştirak edə bilməyəcəyi anlamına gəlir.

AVRO-2024-ün final mərhələsi 14 iyun - 14 iyulda Almaniyada təşkil olunacaq.
Seçilən
83
Mənbələr
Şərh ()
Bağla