AZ

Parisdəki hədəfimiz mükafat qazanmaqdır - Millimizin oyunçusu

Bakı. Trend:

Honkonqdakı turnirə yolun başlanğıcı deməzdim. Bu, çox illərəvvəl, ilk turnirimizdə Macarıstanda mübarizə aparanda olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə Azərbaycanmillisinin oyunçusu Dina Ulyanova deyib.

Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirində Paris-2024-əlisenziya qazanan millimizin basketbolçusu Heydər Əliyev BeynəlxalqAeroportunda yığmanın qarşılanma mərasimində əldə olunan uğurbarədə fikirlərini açıqlayıb: “Elə idmançı yoxdur ki, OlimpiyaOyunlarını xəyal etməsin. Ola bilər ki, hər səhər “sabahOlimpiadaya gedəcəm" fikri ilə oyanmırsan. Amma öz üzərindəçalışırsan, komanda ilə birgə işləyirsən. Lakin bu fikir həmişəbaşında olur. 10 il əvvəl də, indi də belədir. Həmişə bunuarzulamışam, düşünmüşəm, can atmışam”.

Dina komandamızın mübarizliyini vurğulayıb: “Yarımfinaldan sonraemosiyalarımı saxlaya bilmirdim. Həmişə inanırdım. Lakin hər görüşgərgin keçirdi. Daim konsentrasiyalı olmaq lazım idi. Bizi ənəzmkar komanda adlandırırdılar. Çünki bəzən elə olurdu ki, artıqhər şey mümkünsüz görünür, 0:5 hesabı ilə uduzuruq və necətoparlanacağımız sual doğurur. Amma biz konsentrasiya ola bilirdikvə matçdan qalib ayrılırdıq. Finaldan, Aleksandra Mollenhauerinqələbə atışından sonra tamamilə 100 faiz hiss etdik ki, bizOlimpiya Oyunlarına gedirik”.

Ulyanova Parisdəki hədəfi də açıqlayıb: “Parisdə dünyanın əngüclü 8 komandası oynayacaq. Bir saniyə də arxayınlaşmaq olmaz.İndi ola bilər ki, Honkonqda qalib olmağımızı hiss edib, dərketməliyik. Sonra isə bizi çox iş gözləyir. Dünyanın ən güclükomandaları olacaq. Sakitləşmək olmaz. Hamı fəxri kürsü üçünmübarizə aparacaq. Biz də mükafat qazanmağı heç kimdən azistəmirik. Parisdəki hədəfimiz mükafat qazanmaqdır”.

Basketbolçu uğurun əsas mənbəyini də açıqlayıb: “Nə ilə isəməşğul olmaq və uğura inanmamaq olmaz. İnam uğurun əsas mənbəyidir.Öz işinə inanmalı və sevməlisən”.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla