AZ

ABŞ-dən Zelenskiyə cavab: İsraildəki kimi...

ABŞ İsraildə olduğu kimi Ukraynada da PUA və raketləri vurmaqda iştirak etməyəcək.

Ölkə.Az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib. O ABŞ-nin Ukraynaya İsrailə kömək etdiyi kimi yardım etməməsi ilə bağlı sualı cavablandırarkən belə reaksiya verib.

Kirbi bildirib ki, Ukrayna və İsraildəki münaqişələr bir-birindən fərqlidir, ona görə də ABŞ Ukrayna ilə bağlı vəziyyətdə eyni şəkildə hərəkət edə bilməz: "Bunlar fərqli münaqişələr, fərqli hava məkanları, fərqli təhlükə mənzərələridir. Prezident Bayden Ukraynadakı münaqişənin ilk günündən ABŞ-nin bu münaqişədə döyüş rolunda iştirak etməyəcəyini açıq şəkildə bildirib”.

Əlavə edib ki, bu baxımdan da ABŞ İsrailə atılan İran raketlərini vurduğu kimi Rusiya hava hədəflərinin vurulmasına kömək edə bilməzlər.

O həmçinin qeyd edib ki, Konqres Kiyevə lazımi maliyyəni ayırmağa razılıq vermədiyindən Vaşinqton hava məkanını qorumaq üçün Ukraynaya yardım edə bilməz. Kirbi Konqresi həm İsrailə, həm də Ukraynaya yardımı tez bir zamanda buraxmağa çağırıb.

Mürtəza
Ölkə.Az

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla