AZ

Azərbaycan "yaşıl enerji" dəhlizinin yaradılmasında bir sıra Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir - Energetika naziri

Bakı. Trend:

Azərbaycan "yaşıl enerji" dəhlizinin yaradılmasında bir sıraMərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir.

Trend xəbərverir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Abu-Dabidəkeçirilən "yaşıl" hidrogen sammitində çıxışında deyib.

"Hazırda Aİ ilə birgə "yaşıl enerji" dəhlizini inkişafetdiririk. Bu təşəbbüs Azərbaycanda istehsal olunan bərpa olunanenerjinin Avropaya nəqlinə yönəlib. Həmçinin, "yaşıl enerji"dəhlizinin yaradılması üzrə bizi Qazaxıstan və Özbəkistanlabirləşdirən daha bir layihə icra mərhələsindədir, burada ekolojicəhətdən təmiz hidrogen həyati əhəmiyyətli rol oynayır", - odeyib.

Nazir ekoloji cəhətdən təmiz hidrogen sənayesinin tərəqqisi üçünqarşıda görüləsi işlərin çox olduğunu bildirib.

"Hidrogen istifadəsinin sıfır istifadə ilə oyunun qaydalarınıdəyişməsi üçün hələ çox iş görmək lazımdır. Bizim konkret millistrategiyalar, hüquqi çərçivələr, tənzimləmə tədbirləri və əlbəttəki, rəqabət qabiliyyətli istehsal, mühüm investisiyalar vəinfrastruktura ehtiyacımız var. Bundan başqa, suyunşirinləşdirilməsi kimi amilləri də nəzərə almaq lazımdır, bu,hidrogen istehsalının əsas mənbəyi olaraq çıxış edəcək. Etibarlıqlobal təchizat zəncirinin yaradılması da həlledici əhəmiyyət kəsbedir. Bu aspektlər üzərində aktiv şəkildə çalışırıq", - deyə nazirəlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla