AZ

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun yanına gedəcək?

«Qarabağ»ın kapitanı Maksim Medvedev təklif alıb.

Karyerası yalnız Ağdam klubuna bağlı olan müdafiəçiyə «Zirə»dən dəvət gəlib.

Rəşad Sadıqov uzun illər çiyin-çiyinə çıxış etdiyi 34 yaşlı arxa xətt oyunçusunu hazırkı komandasında görmək istəyir.

Maksim cari mövsümü demək olar boşa verib. Çox nadir hallarda forma şansı qazanır.

Rəqabətə davam gətirməyən millinin sabiq üzvünün yayda karyerasını bitirməsi də gözlənilir.

SPORTİNFO.AZ

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla