AZ

Ceyran Rəhimovadan aparıcılara sərt tənqid!

“Bir aparıcı ki, qonağın əyləşdiyi divanın qoltuğunda oturursa, onu oradan qaldırmaq mümkün deyil. Mən bunu qonağa hörmətsizlik hesab edirəm. Aparıcının öz yeri, özünü aparmağı olmalıdır. Aparıcı səmimiyyət yaradır. Bu səmimiyyət deyil. Şounu hər bir aparıcı yarada bilər. Lakin çərçivədə etməliyik”.

OLAY yazır ki, bu sözləri “O üz” verilişində aparıcı Ceyran Rəhimova bəzi həmkarlarını tənqid edərkən deyib. O, özünə qarşı vəfasızlıq edənlərdən də danışıb:

“Verilişimə dəvət etmədiyim yeni nəsil müğənnilərlə danışanda, rastlaşanda böyük hörmətlə yanaşırlar. Hamısına təşəkkür edirəm. Müğənnilərdən tez-tez danışdıqlarımı var. İllərdir bacı kimi rəfiqəlilik etdiklərim də var. Mən o vəfasızları yad etmək, görmək istəmirəm. Neqativ ötürməyi sevmirəm. Biz o vəfasızları yaddaşda saxlasaq, daim içimizdən bizi yesə, yaşaya bilmərik. Vəfasızlığı Allahın ətəyinə buraxıram. Bu bağışlamaq deyil. Daxilimdə də bağışlamrıam. Mən kinliyəm. İnsana əlimdən gələn, gəlməyən yaxşılıqları edirəm. Düşünürəm ki, bu, onlara qiymət vermirsə, birdəfəlik küsürəm. Qarşılıq gözləmirəm, heç olmasa o çörəyi tapdalamasın. Elə insanlar həyatından çıxanda qurban kəsdir. Mənim elə 35 illik dostlarım olub ki, ən dar məqamda hər şeyi tapdalayıblar. Mən onları bağışlaya bilmərəm. O insanların imanı yoxdur ki, bunu edirlər”.  

Seçilən
22
2
Mənbələr
Şərh ()
Bağla