AZ

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Cəlilabad rayonunda kartof ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı işlərin aparılması mövzusunda görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, eyni zamanda, bələdiyyə üzvləri və fermerlər iştirak ediblər.

Tədbirdə ixracın çevik təşkil edilməsi məqsədilə tənzimləmə işlərinin koordinasiyası, inzibatçılığın təkmilləşdirilməsi, fermerlərin maarifləndirilməsi sahəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq görüşlərin keçirildiyi və sahibkarlara metodiki kömək göstərildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Görüş zamanı ixrac əməliyyatları, idxal tələbləri, karantin tətbiq edilən zərərverici orqanizmlər haqqında ətraflı məlumat verilib.

Görüşdə iştirakçıların sualları cavablandırılıb.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla