AZ

Millimizə 20 futbolçu dəvət olundu

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, “Sport24.ru” saytına danışan təcrübəli qolkiper “Bayer” klubunda ehtiyatda qalmasından söz açıb:

“Mən tələblərə hazır deyildim. Oradakı hazırlıq prossesi mənim üçün yeni idi. Texniki məsələlərlə bağlı problemlər vardı. Daha sonra qapıçı Lukaş Qradetskinin kapitan təyin edilməsi şanslarımı azaltdı. Milad tətilinə qədər onun da uğursuz oyunları oldu, amma mən zədələndim.

Uzun müddət meydanlardan kənar qalmaq çox çətindir. Fərqli səviyyəyə qalxdığımı başa düşürdüm, amma maksimalist kimi həmişə oynamaq istəyirdim. Nəzərə almaq lazımdır ki, başqa ölkəyə uyğunlaşmaqla bağlı müəyyən çətinliklər olur. Mən pandemiya vaxtında Rusiyadan Almaniyaya getdim. İngilis dilini də yaxşı bilmirdim. Düzdür, çox şeyi başa düşürdüm, özümü izah edə bilirdim, lakin çətinliklər yenə də yaranırdı”.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla