AZ

Sinner Madriddə oynayacağını təsdiq etdi

İtaliyalı tennisçi Yannik Sinner Madriddə keçiriləcək “Masters” turnirində iştirak edəcəyini təsdiq edib. Dünya reytinqinin iki nömrəsi Monte-Karlo turnirinin yarımfinal oyununda , Stefans Tsitsipasla qarşılaşmada sağ əzələsində ağrılar hiss etmişdi.

“İrəliyə doğru addımlamaqda davam edirik. Gələcəyə konsentrasiya olunuruq. Böyük səbrsizliklə Madriddəki turniri gözləyirəm.

Bu müddətdə məni dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirmək istəyirəm”, – deyə italyan tennisçi sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Madriddəki turnir aprelin 24-də başlayacaq.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla