AZ

Rəisi yenidən İsraili hədələdi

İran İslam Respublikası ölkənin maraqlarına zidd olan istənilən hərəkətə dəhşətli cavab verəcəyi ilə hədələyib.

"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi Qətər rəhbəri ilə telefon danışığı zamanı bildirib. 

"Təcavüzkarın cəzalandırılması əməliyyatı uğurla həyata keçirilib", - deyə Rəisi qeyd edib. 

Xatırladaq ki, aprelin 14-dən 15-nə keçən gecə İsrailin Dəməşqdəki Tehran konsulluğunun binasına hücumuna cavab olaraq İran PUA və ballistik raketlərlə İsrailə intensiv və irimiqyaslı hücum həyata keçirib.

Ağarza Elçinoğlu 

Seçilən
33
26
Mənbələr
Şərh ()
Bağla