AZ

"Vətəndaş yaşayış yerindən arayış təqdim edirsə, həmin ərazidə ona güzəştli parklanmaya şərait yaradılmalıdır" - Ekspert

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilərə yaxın yerlərdə işləyənlər isə gün ərzində ən çox 8-9 saat parklanmadan yararlanırlar.

Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, vətəndaş yaşayış yerindən arayış təqdim edirsə, bu zaman həmin ərazidə vətəndaşa güzəştli parklanmaya şərait yaradılmalıdır:

"Mən də hörmətli millət vəkili ilə razıyam. Baxmayaraq ki, artıq azparkinq sistemi qurulub, amma müəyyən çatışmazlıqlar var. Qiymət baxımından da güzəştlər tətbiq edilməlidir. Eyni zamanda qanuna görə parklanma yeri yaxınlığında yaşayan insanlar üçün güzəştli təşkil olunmalıdır. Buna baxmayaraq biz görürük ki, vətəndaşlardan qeyri-qanuni olaraq qeydiyyat tələb olunur. Qanuna görə sadəcə yaşayış yeri olması kifayət edir. Vətəndaş yaşayış yerindən arayış təqdim edirsə, bu zaman həmin ərazidə vətəndaşa güzəştli parklanmaya şərait yaradılmalıdır. Düşünürəm ki, dövlətin balansında olan bütün dayanacaq və parklanma yerlərində bu güzəştlər tətbiq olunmalıdır".


BiG.Az
Seçilən
33
Mənbələr
Şərh ()
Bağla