AZ

Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayıb

Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.

Bu barədə FED.az-a Hava Limanına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın paytaxtına bütün yaz-yay cədvəli üzrə həftədə bir dəfə, cümə axşamı “Sukhoi Superjet 100” təyyarəsi ilə uçuşlar planlaşdırılır.

Nijni Novqoroddan Bakıya uçuşlar Rusiya vaxtı ilə saat 01:00-da həyata keçirilir. Təyyarə Azərbaycana saat 05:00-da çatacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportundan geri dönüş reysi həftədə bir dəfə, çərşənbə günləri saat 21:00-da, Çkalov Beynəlxalq Hava Limanına eniş isə saat 23:00-da həyata keçirilir. (Report)

Seçilən
40
22
Mənbələr
Şərh ()
Bağla