AZ

COP29-un işində iştirak edəcək QHT-lər öz təcrübələrini daha da artıracaq – Samir Həsənov

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə təşkil olunan ən böyük tədbirlərdəndir. Azərbaycan vətəndaş cəmiyyətinin qarşısında da COP29-un keçirilməsində bir sıra vəzifələr dayanır.

Herbiand.az-ın məlumatına görə, “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması koalisiyasının koordinatoru Samir Həsənov bildirib ki, Azərbaycan QHT-ləri, vətəndaş cəmiyyəti institutları noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 tədbirlərini səbirsizliklə gözləyirlər:

“COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə səbəb olacaqdır. Ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcəyini öhdəlik kimi öz üzərinə götürmüşdür. Bildiyiniz kimi, yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır. Ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub. Və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyən edilib.

Samir Həsənov onu da bildirdi ki, beynəlxalq əhəmiyyətli tədbirin işində iştirak edəcək QHT-lər öz təcrübələrini daha da artıracaq və eləcə də qonaqlarla sıx təmaslar qurmaq imkanı əldə edəcəklər:

“Noyabr ayında keçiriləcək tədbirdə  çox sayda qonaqlar arasında beynəlxalq QHT nümayəndələrinin də iştirakı da gözlənilir. Ancaq Azərbaycan QHT-lərinin və medianın qarşısında da tədbirin yüksək səviyyədə keçirilməsi üçün müəyyən öhdəliklər vardır. Ölkə vətəndaşları arasında yaşıl enerjiyə keçidin maarifləndirməsi tədbirləri təşkil olunmalıdır. QHT-lər və media nümayəndələri COP29 tədbirində iştirak üçün iqlim dəyişikliyi saytında qeydiyyatdan keçməlidirlər”.

Elnurə İSAXAN

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla