AZ

“Bakı Tehranla bazarlığa gedərək, Ermənistanı pis vəziyyətə sala bilər” – Erməni politoloq

“Bakı Zəngəzurla bağlı Tehranla razılığa gələ bilər”.

KONKRET.az xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, bu Yaxın Şərqdə baş verən son proseslərlə sıx bağlıdır. Ekspertə görə, regionda böyük müharibə ehtimalı yüksəkdir və bu, Ermənistana da təsirsizsiz ötüşməyib.

“İsrail İrana cavab zərbələri endirərsə, xüsusən də hədəfdə İranın nüvə obyektləri olacaqsa, Tehran adekvat cavab zərbəsi endirmək məcburiyyətində qalacaq. Qarşılıqlı zərbələr son dərəcə təhlükəlidir, xüsusən də İranın nüvə obyektlərinə hücumlar edilərsə, bu, bizdən o qədər də uzaq olmayan ərazilərin radioaktiv çirklənməsinə gətirib çıxaracaq”, – Xaçikyan “Beşinci kanal”da deyib.

İsrail və İran arasında zərbə mübadiləsi bütün Yaxın Şərqin partlamasına gətirib çıxaracaq, çünki İranın Suriya və Livanda etibarlı qüvvələri var. Bu müharibəyə başqa dövlətlər, o cümlədən Azərbaycan da cəlb oluna bilər.

“İordaniya İsrailin müttəfiqinə çevrilib və Azərbaycanın müdafiə naziri hazırda bu ölkədədir. Bu, anti-İran ittifaqının yaradılmasından xəbər verə bilər və Azərbaycan İrana zərbə endirmək üçün öz ərazisini verib-verməyəcəyinə əmin deyilik. Lakin ola bilsin ki, Azərbaycan tərəfi diplomatik vasitələrdən istifadə edərək müəyyən üstünlüklər qazanmağa çalışacaq. Bakı Ermənistanın Sünik rayonunun ələ keçirilməsinə mane olmayacağı təqdirdə öz ərazisini İrana zərbə endirmək üçün üçüncü dövlətin istifadəsinə icazə verməsin. Bu məsələdə Bakı ilə Tehran bazarlığa gedə bilər. Yəni, yenə də tərəflər bizim hesabımıza danışıqlar aparacaq”.

İstənilən halda İranın Yaxın Şərqdə böyük müharibəyə cəlb olunması ona gətirib çıxaracaq ki, Tehran Sünik məsələsində Ermənistana dəstək verə bilməyəcək:

“Bu həm də beynəlxalq ictimaiyyətin diqqətini Ermənistandan yayındıracaq, baxmayaraq ki, onlar bu gün bizimlə, ümumiyyətlə, maraqlanmırlar”.

İndiki şəraitdə Ermənistan nəhayət, Qərbin köməyinə arxalanmadan öz maraqlarından çıxış etməyə başlamalıdır.

“Heç düşünmüsünüzmü, niyə Ukrayna və İsrail məsələsində qələbəyə qədər döyüşməyə çağırışlar edilir və böyük miqyasda, o cümlədən silah şəklində yardım göndərilir? Qərb İsrailin soyqırımına göz yumur. Nə üçün dəftərləri olan müşahidəçilər köməyə göndərilmir? Qoy müşahidəçilər İsrailə getsinlər və raket hücumlarını dəf etmək üçün bloknotlardan istifadə etsinlər, mən aviabiletlərin alınmasına sponsorluq etməyə hazıram”, – deyə politoloq vurğulayıb.

O, hesab edir ki, indiki şəraitdə Ermənistanın savadlı diplomatlara ehtiyacı var. “Ermənistan son 6 ildə bizə danışılan və ölkəni çoxdan indiki vəziyyətə gətirən Avropa nağıllarından əl çəkməli idi. Türkiyə və Azərbaycanla danışıqları davam etdirərək, lakin daha güclü mövqedən çıxış edərək Rusiya ilə münasibətləri bərpa etmək, İranla strateji əlaqələr qurmaq lazım idi”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
153
50
Mənbələr
Şərh ()
Bağla