AZ

Sürücü peşəsi üçün təhlükə yoxdur

Dövr dəyişdikcə bəzi peşələrin sıradan çıxması, yenilərin yaranması qaçılmazdır. Məsələn, 30 il əvvələdək makinaçı peşəsinə tələb var idisə, indi bu peşə heç kimə lazım deyil. Eynilə də karbüratorçu, parovoz maşinisti və s. 

Avtosfer.az xəbər verir ki, indi süni intellekt bir çox peşəni əvəzləməyə başlayıb. Süni intellekt bəzi ölkələrdə (sınaq rejimində) hətta məhkəmə sənədlərini də tərtib edir. 
Lakin bir peşə var ki, bunu süni intellekt bacara bilmir. Bu da sürücülükdür. Pilotsuz avtomobillər təkmilləşsə də, onların sürücünü və kuryeri tam əvəz etməsi gözlənilmir.  Ən azından xidməti avtomobillərdə, yükdaşımada və taksidə hələ uzun illər canlı ünsiyyət şərt olacaq. Bir sözlə, sürücülük və kuryerlik peşəsinin tarixə qovuşması ehtimalı azdır.

Vüqar

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla