AZ

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Günümüzdə mövcud olan problemlərdən biri də müəyyən işlərimizi ertələməkdir. Bu, bir çox insan üçün həll olunması müəyyən qədər çətin hesab edilən haldır. "Procrastination" olaraq da bilinən ertələmək xəstəliyi insanın çatdırılmalı olan işləri saxlaması və ya həmin işləri etməkdən qaçmasıdır.

 

Bəs bu xəstəlikdən necə xilas olmaq olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, ertələmək xəstəliyi hər kəsdə mövcud olan bir haldır.

 

“Hətta ən səmərəli şəkildə işləyən və gününü planlayanlar belə zaman-zaman işlərini təxirə salırlar. Bir işi daima ertələmək isə insanın həyat tərzinə mənfi təsir göstərir. Həmin insanlar narahat və gərgin olurlar və digər şəxslərlə münasibətdə özünü göstərir. Bu tip insanlar əslində müəyyən psixoloji problemlər yaşayırlar. Daha çox mükəmməliyyətçi insanlarda ertələmə problemi özünü büruzə verir. Bu cür insanlar ən kiçik işi belə daha mükəmməl yerinə yetirmək istədikləri üçün onu icra etməkdən imtina edirlər. Bu xüsusiyyət insanın yalnız özünə deyil, digər insanlara da təsir göstərir. Çünki onlar qarşılarındakı insanlardan da mükəmməl nəticələr gözləyirlər. Bu da şəxslərarası münasibətlərə mənfi təsir göstərir”.

 

Psixoloq qeyd edib ki, bu problemi aradan qaldırmaq üçün ertələnən işlər haqqında siyahı hazırlanmalıdır.

 

“Siyahıdakı işləri sırayla etdikdən sonra özünüzü mükafatlandırın. Bu artıq müəyyən bir zaman sonra sizin həyat tərzinizə çevriləcək. İş görərkən diqqətinizi yayındıracaq cihazlardan, əşyalardan maksimum dərəcədə uzaq olmaq lazımdır. Bu isə görəcəyiniz işə fokuslanmağınıza kömək edəcək.

 

Ülkər Abdurahmanlı

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla