AZ

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

“Neftçi”də rəhbərliklə bağlı qeyri-müəyyənlik davam edir. Klubun Müşahidə Şurasındakı qopmalardan sonra necə idarə ediləcəyi, kimin əsas söz sahibi olacağı bəlli deyil.

Futbolinfo.az xəbər verir ki, şuranın sədri Rövşən Nəcəf aprelin 2-də istefa verib. O, AFFA prezidenti seçildikdən sonra bu addımı atmağa məcbur olub.

AFFA İcraiyyə Komitəsinə üzv seçilən Səməd Qurbanov və ərizəsi ilə qurumdan ayrılan Zaur Qəhrəmanov da artıq “Neftçi”də deyil. Onların adı klubun rəsmi saytından da yığışdırılıb. Hazırda 4 sıravi şura üzvü qalıb və onların hem biri faktki rəhbər sayıla bilməz.

Qeyri-müəyyənliyin nə vaxt başa çatacağı bəlli deyil. Müşahidə Şurasının yeni tərkibinin müəyyənləşəcəyi, sədrin seçiləcəyi gün dəqiqləşməyib. Ümumiyyətlə, nəyin necə olacağını heç kim bilmir. Klubun mətbuat xidməti də bu barədə sorğumuza dəqiq cavab verə bilmədi – onlar da gözləməklə məşğuldur.

Qeyd edək ki, “Neftçi”yə yeni rəhbər təyinatı ilə bağlı bir çox söhbətlər gəzr, adlar hallanır. Amma xəbərlərin heç birinin əsası yoxdur. Hətta Müşahidə Şurası sisteminin ümumiyyətlə, ləğv olunması, kluba prezident təyinatı mümkündür.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla