AZ

Etirazlara baxmayaraq qanun layihəsinin müzakirə davam etdirilir

Gürcüstan parlamentində xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını və KİV-ləri xüsusi reyestrdə qeydiyyatdan keçməyi və illik bəyannamələri doldurmağı öhdəsinə götürən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etirazlara baxmayaraq parlamentdə müzakirələr davam etdirilir. 

Herbiand.az gürcü mənbələrinə sitinadən xəbər verir ki, ötən gün Məhkəmə-Hüquq Komitəsi 12 saat davam edən qızğın müzakirələrdən sonra qanun layihəsini dəstəkləyib. Məhkəmə səhər saatlarında etiraz aksiyası fonunda baş tutub.

Gürcüstan Daxili İşlər Nazirliyi dünən baş verən qarşıdurmalarda bir polisin yaralandığını və 14 etirazçının saxlanıldığını bildirib.

Aparıcı müxalifət partiyaları və hörmətli qeyri-hökumət təşkilatları iddia edirlər ki, “xarici agentlər” qanunu Gürcüstanın dost və düşmənlərini kateqoriyalara ayırır, QHT-lərə damğa vurur və ölkənin Aİ-yə inteqrasiyasına mane olur. Qərb Gürcüstan hakimiyyətini bu qanun layihəsindən imtina etməyə çağırır.

Herbiand.az

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla