AZ

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır

Bakı. Trend:

Katarakta xəstəliyinin müayinə və müalicəsi icbari tibbisığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Vətəndaşlar ixtisaslıhəkim müayinəsi, funksional-diaqnostik müayinələr və cərrahiəməliyyat kimi tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanabilirlər.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindənməlumat verilib.

Qeyd edilib ki, 2023-cü il ərzində 35 791 sayda kataraktaəməliyyatı icra olunub ki, bunların 28 619-u özəl, 7 172-si dövləttibb müəssisələrinin payına düşür.

"Kataraktanın müayinə və müalicəsi həkim-oftalmoloq tərəfindənaparılır. Göz strukturlarının və görmə qabiliyyətininmüəyyənləşdirilməsi, göz təzyiqinin ölçülməsi, göz dibininmüayinəsi, ön kameranın dərinliyinin, büllurun qalınlığının, gözünuzunluğunun müəyyənləşdirilməsi və s. kimi müayinə metodlarısözügedən xəstəliyin diaqnozunu təsdiqləməyə imkan verir.

Katarakta irəlilədikcə görmə qabiliyyətini əhəmiyyətli dərəcədəazaldaraq pasiyentin sosial-ictimai həyat keyfiyyətinə təsir etməyəbaşlayır. Bu xəstəliyin dərman preparatları ilə müalicəsi mümkündeyil. Problemin aradan qaldırılması cərrahi əməliyyat tələb edir.Pasiyentin bulanıq bülluru cərrahi müdaxilə ilə çıxarılaraq sünibüllurla, yəni “göziçi linza”larla əvəz edilir.

Cərrahi əməliyyatla yanaşı, əməliyyat zamanı istifadə edilənlinzalar, dərman və tibbi sərf icbari tibbi sığorta ilə qarşılanır.Qeyd edək ki, Amerika Birləşmiş Ştatları istehsalı olan “göziçilinzalar” da sığorta ilə təminata alınıb. Bundan əlavə, icbaritibbi sığorta çərçivəsində icra olunan katarakta əməliyyatlarızamanı vətəndaşların seçiminə əsasən Almaniya, İtaliya, Türkiyə,Çin və Hindistan istehsalı linzalardan da istifadə olunur.

Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Reabilitasiya dövrüqısadır, əməliyyatdan sonra xəstə eyni gündə evə buraxılır vənövbəti gün normal həyat tərzinə qayıda bilər.

Qeyd edək ki, el arasında “mirvari suyu” adlandırılan kataraktaxəstəliyi geniş yayılmış və korluğa səbəb ola bilən gözxəstəliklərindəndir. Katarakta göz bəbəyinin arxasında yerləşənbüllurun şəffaflığını itirərək bulanıq görməyə səbəb olur.Xəstəliyin əsas əlamətləri görmənin “tərləyən şüşədən görmə” kimibulanıqlaşması, görmə kəskinliyinin və rəng görmə qabiliyyətininazalması, gecə görmənin pisləşməsi və işığa qarşı həssaslıqdır.Katarakta anadangəlmə (irsi) və ya qazanılmış ola bilir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanantibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəkiistənilən dövlət tibb müəssisəsinə və Azərbaycan RespublikasıSəhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsiilə müraciət etmək kifayətdir", - deyə əlavə edilib.

Seçilən
56
11
Mənbələr
Şərh ()
Bağla