AZ

Valideynlərin ən böyük qorxusu: Uşağınızda bu problem varsa.. 

Müasir dövrün ən böyük problemlərindən biri uşaqlarda nitqin düzgün inkişaf etməməsidir. Elə buna görə də bir çox valideynlər loqopedlərə müraciət edir. Anaların əsas narahatlığı da məhz bu səbəbdən qaynaqlanır ki, övladım danışmır, onun nitqi yoxdur. 

Maraqlıdır, uşaqların nitqində olan problem özünü necə büruzə verir? Normal uşaq neçə yaşdan etibarən və hansı formada danışmağa başlamalıdır? Bəs valideynlərin narahatlığına əsas varmı? 

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq-pedaqoq Zeynəb Əyyubova bu barədə olan suallara aydınlıq gətirib: 

“Uşaq doğulduğu gündən etibarən onun nitqi var. Sadəcə bu nitq müxtəlif formada özünü büruzə verir. Bu səs və ya qığıldamaqla müşahidə edilir. Uşaq artıq iki yaşına çatanda 2 sözdən ibarət cümlə qurmalıdır: su ver, gəl gedək, yemək ver və s. deməklə nəyisə istədiyini bildirməlidir. Amma son dövrlər Azərbaycanda aktual problemlərdən biri uşaqlarda nitq ləngiməsinin yaranmasıdır. Valideynlər isə bunu nəsildə olan hər hansı bir şəxslə əlaqələndirirlər. Lakin hazırda uşaqlarda özünü göstərən bu problem genetik faktor daşımır”. 

Pedaqoq bildirib ki, bəzi amillər uşaqlarda nitqin inkişafına maneə törədir:

“Gec danışmaq və nitqin ləngiməsinə bir sıra amillər səbəb olur. Bunlara uşaqların sosial sferada aktiv olması, telefon, planşet və yaxud televizora baxmaqla vaxtını keçirməsi nitqlərinin ləngiməsinə gətirib çıxarır. Bu kimi faktorlar ləngiməkdə olan nitqi daha da gecikdirir və inkişafa əngəl törədir. Uşaqların normal danışma mexanizmi belədir ki, 1-2 yaş arasında bir yaxud iki söz, 1 yaş 16 aylığında isə 9-16 sözdən ibarət nitq olmalıdır. Daha sonra yaş artdıqca söz balansı da artmalıdır”. 

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla