AZ

"Latsio"da ayrılıq

"Latsio"nun futbolçusu Felipe Anderson mövsümün sonunda komandadan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında yeni müqavilə imzalamadıqlarını qeyd edib.

O, azad agent kimi komandanı tərk edəcək. Daha əvvəl onun "Yuventus"a keçəcəyi qeyd olunurdu.

Anderson bu mövsüm 44 oyunda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla