AZ

Nömrəsiz maşın sürən şəxs saxlanıldı: vəsiqəsi də yox imiş - VİDEO

Hərəkət iştirakçıları arasında haqlı narazılıq doğuran, eləcə də əhali arasında kəskin qınaq obyektinə çevrilən kobud qayda pozuntularından biri kimi avtomobillərin dövlət qeydiyyat nişanları olmadan idarə edilməsi hallarına qarşı aparılan mübarizə tədbirləri  davam etdirilir. 

Avtosfer.az xəbər verir ki, növbəti tədbir zamanı Baş DYP İdarəsinin  əməkdaşları tərəfindən nömrə nişanları olmadan idarə olunan nəqliyyat vasitəsi saxlanılmış, araşdırma zamanı avtomobili idarə edən əlilliyi olan şəxs - Kamran Zeynalovun sürücülük hüququnun olmadığı müəyyən edilmişdir.
Yol verdiyi qayda pozuntularının mahiyyəti və doğura biləcəyi xoşagəlməz nəticələr barədə K.Zeynalovla izahedici söhbətlər aparılıb, aşkar edilmiş fakta bağlı qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.

Seçilən
55
10
Mənbələr
Şərh ()
Bağla