AZ

“Baku ID” çərçivəsində növbəti “Demo Day” tədbiri baş tutub - FOTO

 “SABAH.HUB” İnnovasiya Mərkəzi “Baku ID” çərçivəsində yer alan silsiləvi tədbirlərlə startap sahibləri və investorları bir araya toplamağa davam edir.

“Baku ID” tədbirinin son 2 ildə baş tutan uğurlu nəticələrin davamı olaraq bu il də yenidən həyata keçirilməsi gözlənilir. 9 aprel tarixində də həyata keçirilən “Demo Day” tədbiri “Baku ID” tədbirlər silsiləsinə aiddir.

Tədbirin əsas məqsədi “SABAH.lab” akselerasiya mərkəzinin 6-cı kohort məzunları və lokal ekosistem startapların ideyalarını beynəlxalq investor qarşısına çıxararaq investisiya əldə olunmasına dəstək olmaqdır. Qeyd edək ki, investorlar qismində Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanı təmsil edən nümayəndələr yer alıblar.

“Demo Day” zamanı 10-dan artıq startap komanda öz ideyalarını investor və tədbir qonaqları qarşısında təqdim edib və investorların suallarını cavablandırıb. Daha sonrasında investorlar və startap qurucuları arasında təkbətək görüşlər keçirilib, startapların vəziyyəti və iş xəritəsi haqqında detallı müzakirələr aparılıb.

Həmçinin, “Baku ID” tədbiri bu yay da öz startaplar, beynəlxalq və yerli investorlar, rəsmi qurum nümayəndələri və qonaqlarını qarşılamağa hazırlanır.

Qeyd edək ki, “SABAH.HUB” İnnovasiya Mərkəzi 2 ildən artıq olan fəaliyyət dövrü çərçivəsində 100-lərlə startapın inkişafına dəstək və 3000-dən çox şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1,19 mln AZN-dən çox şəbəkəsində olan startapların investisiya almasına dəstək olub.

“SABAH.HUB” İnnovasiya  Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla