Millimizə 20 futbolçu dəvət olundu - FOTO
Minifutbol üzrə millimizin heyəti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Avropa çempionatının hazırlıq planına əsasən yığmamız aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışı keçəcək. Bununla əlaqədar baş məşqçi Elşad Quliyev milli komandaya 20 futbolçu cəlb edib.
Xatırladaq ki, aprelin 30-da təmsilçimiz Serbiya, Rumınya, Monteneqro, Albaniya və Bosniya və Hersoqovina millilərinin də qatıldığı turnirdə iştirak edəcək.